XƏBƏRLƏR

“Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilib

14 may, 2024

Azərbaycan Dillər Universitetinin 82 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri Pedaqogika kafedrasının müəllimi pedaqoq Aygün Şərifovanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş, “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.

Tədbirdə 82 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Kərimova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Kəmalə Bayramova, 7b sinif rəhbəri Şamama İmaməliyeva, 4b sinif rəhbəri Arzu Əfəndiyeva və  digər müəllimlər, şagirdlər iştirak ediblər.  

Tələbələr-  Çimnaz Əhmədova, Ülviyyə Hüseynli, Aytən Quliyeva , Zərifə Sadiqli və Fidan Aslanova məktəbin 4-cü və 7-ci sinif şagirdlərinin birgə iştirakı ilə keçirilən tədbirdə ümummilli liderin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışıblar. Ulu öndərin Azərbaycan tarixindəki rolundan, xalqın rifah halının yüksəldilməsində, o cümlədən, təhsil sahənin inkişafındakı xidmətlərindən bəhs ediblər.

Məktəbin 7-ci sinif şagirdi İman Niftəliyev müəllifi olduğu şeiri səsləndirib.  Həmçinin, 7b sinif şagirdi Lala Əliyeva “Şuşanın dağları” və “Yaşa Azərbaycan” musiqisini ifa edib,7b sinif şagirdi Zümrüd  Səfərli “Bir dahi doğulub gəldi dünyaya” şeirini səsləndirib və şagirdlər milli reqslər nümayiş etdiriblər.