XƏBƏRLƏR

"Region ölkələrinin milli mətbəxinin səciyyəvi xüsusiyyətləri" adlı tədbir-festival keçirilib

13 may, 2024

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyevanın rəhbərliyi ilə "Region ölkələrinin milli mətbəxinin səciyyəvi xüsusiyyətləri" adlı tədbir-festival keçirilib.

Tədbirin təşkilində Regionşünaslıq kafedrasının müəllimləri - b/m,  t.ü.f.d. Təranə Quluzadə, dos. Nigar Hüseynova, b/m, t.ü.f.d. Firuzə Həyatova, b/m, t.ü.f.d. Vüsalə Əfəndiyeva, b/m Şəfa Əbdürrəhimova, b/m Sevinc Qurbanova, b/m Xəyalə Ağayeva, Fidan Ələsgərova, Mehparə Tajdehibonab, Lalə Xanseyidova, Günay Feyziyeva, Nailə Məmmədova, Kəmalə Qurbanlı, Həmidə Cəfərova, Əminə İmanzadə, Ülviyyə Yaşarlı və Mehriban Qurbanova iştirak ediblər.

 BM və regionüşanslıq fakültəsinin Böyük Britaniya üzrə 165R, Almaniya üzrə 166,167R, Fransa üzrə 168, Amerika üzrə 169-A, 169-B, 170-R, 171-İ, Norveç üzrə 172, İsrail üzrə 176, 177-R, Yaponiya üzrə 178, 179-R, Ərəb ölkələri üzrə 180, Çin üzrə 181, Cənubi Amerika üzrə 182, MŞA üzrə 183, Rusiya üzrə 185, Türkiyə üzrə 186, 187-R, Balkan ölkələri üzrə 188, Afrika üzrə 189 və İndoneziya üzrə 190-cı qruplarının tələbələri regionun mətbəxinə xas yeməkləri təqdim edib, onların səciyyəvi xüsusiyyətləri haqqında məlumat veriblər.  

Tədbirin əsas əhəmiyyətinin tələbələrin ixtisaslaşdıqları regionların milli mənəvi səciyyələrini dərindən öyrənmək və təqdim etdikləri yeməkləri özlərinin hazırlamasından ibarət olduğu qeyd olunub.