Ümummilli Liderin 101 illiyi ilə əlaqədar şeir müsabiqəsi keçirilib

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Müsabiqədə Filologiya fakültəsinin tələbələri- Sara Babazadə, Röya Hüseyinzadə, Sevinc Əhmədova, Aytən Qasımova, Səbiyyə Cəbrayılova, Nəzrin İsayeva, Ayan Cavadlı və Lamiyə Yusifova iştirak ediblər.
Onlar öz şeirlərini 4 (alman, ingilis, fransız, rus) dildə səsləndiriblər.
Müsabiqəni kafedranın dosentlərindən ibarət münsiflər heyəti- dos. Ş.Şabanov, dos. Z.Babaşova, dos. F.Köçərli, dos. A.Seyidova qiymətləndiriblər.
Verilən qiymətlərə əsasən, aşağıda adları qeyd olunan tələbələr ilk üç yerə layiq görülərək mükafatlandırılıblar.
1-ci yer: Qasımova Aytən -72 bal (qrup 240), İsayeva Nəzrin-72 bal (qrup 335)
2-ci yer: Əhmədova Sevinc – 68 bal (qrup 240)
3-cü yer: Babaşzadə Sara – 67 bal (qrup) , Cəbrayılova Səbiyyə - 67 bal (qrup 240)



