ADU-nun tələbələri tərəfindən Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib
![](/images/article/8451/thumb.jpg?2024-05-10+17%3A44%3A09)
Azərbaycan Dillər Universitetinin Bakı şəhəri Binəqədi rayonunda yerləşən Mirzə Xosrov Axundzadə adına 102 saylı tam orta məktəbdə Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodistləri Vəfa Gözəlova ,Gülşən Qasımova və Təhsil 2 fakültəsinin nəzdində Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalovanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan tələbələrin təşkilatçılığı ilə “Heydər Əliyevin 101 illiyi” adlı tədbir keçirilib.
Təhsil 2 fakültəsinin tələbələri-Həsənli Telman(425a),Əliyeva Məryam (425a),Əliyeva Fəridə (425a),Əliyeva Əsmər(425a),Məhərrəmov Əli(425a),Cəbizadə Hüseyn(425a),Səfərova Fatimə(425a),Eyyublu Ləman( 425a), Zülfüqarlı Kəklik (426a), Məmmədzadə Banuçiçək (425b), Şərifova Nigarın (425b) təşkilatçılığı və məktəbin 7a,7c və 8 a şagirdlərinin iştirakı ilə keçirilən tədbir “Heydər Əliyevin 101 ili”nə həsr olunub.
Tədbir iki dildə- Azərbaycan və ingilis dilində keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirin girişində Heydər Əliyevin həyatı haqqında məlumat verilib, ona həsr olunmuş video-çarx göstərilib, 8 a sinif şagirdlər tərəfindən şeirlər səsləndirilib.
Tədbirin aparıcıları tərəfindən Heydər Əliyevin Qarabağ uğrunda göstərdiyi şücaətlər haqqında məlumatlar verilib.
Tədbirin davamında şagirdlər tərəfindən “Xarıbülbül”ə aid səhnəcik göstərilib.
Tədbir şagirdlərin “Küçələrə su səpmişəm” mahnısında rəqsi ilə davam etdirilib.
Şagirdlərin və tələbələrin ifasında “Yaşa Azərbaycan” mahnınısı ifa olunub.
Tədbirdə həmçinin məktəb kollektivindən məktəbin direktoru Mailə İsmayılova, tərbiyə işi üzrə təşkilatçı Şükürova Lyuba da iştirak ediblər.
![](/images/article/8451/gal23457.jpg?2024-05-10+17%3A44%3A09)
![](/images/article/8451/gal23457.jpg?2024-05-10+17%3A44%3A09)