XƏBƏRLƏR

Lənkərana ekskursiya təşkil edilib

10 may, 2024

4 may 2024-cü il tarixində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq və  Fəlsəfə kafedraları və Magistratura şöbəsi  «Yaşıl dünya uğunda həmrəylik ili»  çərçivəsində və Azərbaycanda keçiriləcək COP 29   tədbiri ərəfəsində  İqlim dəyişiklikləri və qlobal istiləşmə problemlərinin Azərbaycan təbiətinə necə təsir göstərməsini müəyyənləşdirmək məqsədi ilə, «Azərbaycanın ekoloji problemləri»ni yerində nəzərdən keçirmək üçün birgə müəllim, magistrant və tələbələrin Lənkəranda yerləşən Hirkan qoruğu, Çay plantasiyaları,  Xəzər sahili əraziləri və Xanbulan gölünün ətrafına ekskursiya təşkil edilib.

Səfər Regionşünaslıq kafedrasının müdiri prof.Əliyevanın   Azərbaycanın təbii şəraiti, iqlim xüsusiyyətləri, Xəzər dənizinə  iqlim dəyişikliklərinin təsiri  haqqında verdiyi məlumatla başlayıb.

Fəlsəfə kafedrasının müdiri dos. Ə.Abdiyeva   bildirib ki, iqlim dəyişikliyinin yaranması səbəbləri, dünya dövlətlərinin ətraf mühiti korlaması, müharibələr və nüvə sınaqlarının təsiri nəticəsində yaranır.

Fəlsəfə kafedrasının prof.Ş.Abdullayeva  Xanbulan gölü ətrafında Azərbaycanın su hövzələri və onların problemləri haqqında məlumat  verib.

Fəlsəfə kafedrasının dos.Ş.Cabarova insan və təbiətin qarşılıqlı əlaqələrinin tarazlığı və bu balansın pozulmasının mənfi xüsusiyyətləri haqqında  tələbələrə nümunələr gətirib.

Magistrant və tələbələr məlumatları maraqla dinləyib təbii problemlərin qarşısının alınması ilə bağlı müxtəlif  suallar verib təkliflər irəli sürüblər.