“Esse” müsabiqəsinin yazı mərhələsi keçirilib
Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrası, Azərbaycan Dillər Universitetinin Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Təhsil-1 fakültəsinin II kurs tələbələri arasında ingilis dilində “Esse” müsabiqəsinin yazı mərhələsi keçirilib.
Esse yazmaqla bağlı olan şərtlərlə tələbələr kafedranın əməkdaşları fil.f.d.,bm Ülviyyə Əhmədova, fil.f.d.,bm Nigar Bağırova, b/m Kəmalə Dünyamalıyeva- təşkilat komitəsi tərəfindən öncədən məlumatlandırılıb.
Esse yazılarının yoxlanmasında şəffaflığın təmin edilməsi üçün tələbələrin işləri xüsusi komissiya tərəfindən kodlaşdırılıb, yoxlanmış işlərin yenidən nəzərdən keçirilməsi isə kafedranın dosenti Amil Cəfərov tərəfindən aparılıb.
Qeyd olunub ki, toplanan ballara əsasən iştirak edən 43 tələbədən 1 tələbə 1-ci, 2 tələbə 2-ci, 3 tələbə 3-cü yerə layiq görüləcək. Hər bir lauriat mükafat və diplomla təltif olunacaq.