ADU-nun əməkdaşları aksiyada iştirak ediblər
COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində ətraf mühitin tullantılardan qorunması məqsədi ilə Azərbaycan Dillər Universitetinin
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Həmçinin Azərbaycan Respublikası bu il COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. COP29 kimi əzəmətli bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürülməsini ADU-nun və Linqvokulturologiya kafedrasının iqlim problemlərinə həssaslığının təzahürü kimi qiymətləndirə bilərik.