Tələbələr tərəfindən Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycan Dillər Universitetinin Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Elfinaz Davudova və Təhsil 2 fakültəsi nəzdində Pedaqogika kafedrasının müəllimi Mehparə Əliyevanın rəhbərliyi ilə Təhsil 2 fakültəsinin təcrübəçi tələbələri Aynaz Şərif (417a), Aydan Məmmədli (417a), Nuranə Sərkərova (417a), Zeynəb Məmmədzadə(417a) və Fidan Nəsiblinin (417a) təşkilatçılığı və 6a və 9b şagirdlərinin iştirakı ilə Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə məktəb direktoru Sevinc Budaqova, müavini Gülnarə İsmayılova, eyni zamanda, məktəbin digər ingilis dili müəllimləri də iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra tədbirin aparıcıları Heydər Əliyevin həyat və yaradıcıllığı ilə bağlı məlumat veriblər.
Bədii hissədə şagirdlər ingilis və azərbaycan dilində Ulu öndər və Azərbaycana aid şeirlər söyləyib, milli rəqslər nümayiş ediblər. Həmçinin, “Sən elə bir zirvəsən” adlı mahnısı xor şəkildə ifa olunub.
Tədbirin sonunda məktəb direktoru və ingilis dili məllimi tədbirdə əməyi keçən hər kəsə təşəkkürlərini bildirib, şagirdlərə uğurlar arzulayıblar.
Tədbirin sonunda iştirakçılara sertifikat təqdim edilib.