Tələbələr tərəfindən 10 May Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin Nizami rayonunda yerləşən şəhid Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan 422A, 424A və 424B qrup tələbələri tərəfindən məktəbin kitabxanasında 10 May Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan dəyirmi masa keçirilib.
Öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada universitetin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nuriyyə Əliyeva, kitabxana müdiri Laçın Qurbanova, Uşaq Birliyi Təşkilatı rəhbəri Natavan Əlizadə, kitabxanaçı Mehriban Əliyeva və məktəbin şagirdləri iştirak ediblər.
Açlış nitqi ilə metodist Nuriyyə Əliyeva çıxış edib. Təcrübəçi tələbə Aida Qasanova Ulu Öndərin təhsilə olan yüksək səviyyədə münasibəti ilə bağlı məlumat verib.
Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyev ilə bağlı şeirlər səsləndiriblər.