XƏBƏRLƏR

ADU-da “The political portrait of Heydar Aliyev” mövzusunda “Esse” müsabiqəsi keçirilib

08 may, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil-2 fakültəsinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrası 1-ci kurs tələbələri arasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən “The political portrait of Heydar Aliyev” mövzusunda “Esse” müsabiqəsi keçirilib.

“Esse” müsabiqəsində böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı, doğma Vətənin xilası naminə misilsiz fədəkarlığı, milli dövlətçilik məfkurəsinə sadiqliyi, geniş bilik və dərin təfəkkür sahibi, düşünülmüş və cəsarətli qərarları tələbələrin yazılarında əks olunub.

Müsabiqə 1 mərhələdən ibarət olub.