Pakistan Milli Müasir Dillər Universitetinin rektoru ADU-nun qonağı olub
Mayın 6-da Azərbaycan Dillər Universitetində Pakistan Milli Müasir Dillər Universitetinin rektoru Şahid Mahmud Kayani ilə görüş keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, elmi, mədəni əlaqələr də yüksələn xəttlə inkişaf etməkdədir:
“Universitetlərimiz arasındakı əlaqələri yüksək qiymətləndirirəm. Bu barədə Paksitanın Azərbaycandakı səfirliyi ilə də tez-tez fikir mübadilələri aparırırıq. Eyni zamanda Azərbaycanın Pakistandakı səfirliyi ilə bu barədə söhbətlərimiz olur. Biz, həmkarlarımızla birlikdə Pakistan Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyətini böyük məmnuniyyətlə qeyd edirik.
Həmçinin universitetimizdə Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyətini də son dərəcə yüksək qiymətləndiririk. Azərbaycanın öz suverenliyini təmin etməsində Pakistan xalqının, Pakistan dövlətinin bizə olan mənəvi dəstəyini həmişə hiss etmişik”.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən qonaq ADU-nun son illər qazandığı uğurlardan söz açıb.
Qeyd olunub ki, elmi-mədəni əlaqələrin inkişafı hər zaman yeni əməkdaşlıq imkanlarına şərait yaratmış olur.
Bildirilib ki, ADU ilə əməkdaşlıq özlüyündə yeni perspektivləri ehtiva edir. Qonaq söyləyib ki, müəllim və tələbələr arasında virtual elmi əlaqələrin qurulması baxımından əlverişli imkanlar mövcuddür.
Eyni zamanda Pakistan Milli Müasir Dillər Universitetində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı mühazirələrin təşkil olunmasının zəruruliyi haqqında fikirlər səsləndirilib.
Qeyd olunub ki, bununla da pakistanlı gənclər həm Azərbaycan tarixini öyrənmiş olacaq, həm də xalqların bir-birini daha yaxından tanımaq imkanları mövcud olacaq.
Görüş müəllim-tələbə mübadilələri, qarşılıqlı elmi təcrübələrin öyrənilməsi istiqamətində müzakirələrlə davam edib.
Daha sonra qonaq akistan Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb.