ADU-nun müəllimləri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak ediblər
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli və Hindi dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva 2 may tarixində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak ediblər.
Bakı Konqres Mərkəzində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda Parlamentlərarası Konfrans fərqli dini, dili, etnik və mədəni mənşəyi olaninsanları bir araya gətirirməklə mədəniyyətlərarası dialoqun qlobal əhatəsini ehtiva edir.
Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçən konfransda ölkəmizdə səfərdə olan parlamentin sədr və nümayəndələri iştirak edib. S. Qafarova açılış nitqində müharibələrin mədəni irs üçün ən böyük təhlükə olduğunu, işğal olunmuş ərazilərdə mədəni irsə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulduğunu vurğulayıb.
ADU-nun müəllimləri tanınmış fotoqraf Rza Deqati və UNESCO-nun sosial və humanitar elmlər sahəsi üzrə proqram mütəxəssisi Mehrdad Şabahəng ilə səmərəli fikir mübadiləsi aparmış, foyedə sərgilənən qurama sənətinin nümunələri ilə tanış olublar.
Üç gün davam edən Forum çərçivəsində 4 plenar sessiya və 12 panel müzakirə keçirilib.