XƏBƏRLƏR

ADU-nun əməkdaşının kitab təqdimatı keçirilib

06 may, 2024

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyevanın “Transcendıng The Boundarıes. A Brief Review of Pakıstani Englısh Literature” və “Mədəni sərhədlərin qovşağında bədii təfəkkür” kitablarının, bədii tərcümələrinin - Bapsi Sidvanın "Buzlu nabat satan" və Möhsin Həmidin "Könülsüz Fundamentalist" əsərlərinin möhtəşəm təqdimat mərasimi keçirilib.

Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Pakistan Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təşkilatçılığı ilə 2 may 2024-cü il keçirilmiş tədbirdə Azərbaycan Dillər Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Jalə Qəribova, Ümumi işlər üzrə prorektoru dos. Vüqar Mehrabov, Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı dos.Salman Nuriyev, Linqvokulturologiya kafedrasının müdiri, dos. Vüsalə Ağabəyli, həmin kafedranın müəllimləri və universitetin əməkdaşları, o cümlədən, elmi-ictimai xadimlər iştirak ediblər.

Tədbirin fəxri qonaqları Akad. Rafel Hüseynov, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Bilal Hayee, Pakistan Milli Assambleyası sədrinin müavini Seyid Qulam Mustafa Şah, senator Müşahid Hüseyn Seyid, Pakistan İslam Respublikasından “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin üzvləri tədbirdə çıxış edərək iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri və bu münasibətlərin inkişafında bənzər tədbirlərin rolundan danışıblar.