XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən “Təbiət ilhama çağırır məni” adlı tədbir keçirilib

03 may, 2024

Azərbaycan Dillər Universitetinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən  Akif Abdullayev adına 211 saylı tam orta məktəbdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nuranə Bədiyeva və Təhsil 2 fakültəsi nəzdində Pedaqogika kafedrasının dosenti Jalə Mustafayevanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan tələbələrinin təşkilatçılığı ilə Təbiət ilhama çağırır məni adlı tədbir keçirilib.

Təhsil 2 fakültəsinin tələbələri-  Röya Hüseynli (421a), Günel Ağacanova (424b),  Raya Ələsgərova (423b),  Əsmər Məmmədzadə (422a) və Sənubər İsmayılovanın (418b) təşkilatçılığı və məktəbin 7c və 8c şagirdlərinin iştirakı ilə keçirilən tədbir  “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə məktəbin şagirdləri ”Yaşıl dünya həmrəylik ili ilə bağlı məlumat veriblər.

Tədbirin bədii hissəsində şagirdlərin təqdimatında təbiət motivlərinin əks olunduğu şeirlər səsləndirilib, “Vətəndən pay olmayır” mahnısı xor şəklində ifa olunub.

Hər iki sinif şagirdlərinin iştirakı ilə  A. Şaiqin Azərbaycan təbiətinin gözəlliyini əks etdirən ”Köç” əsərindən bir hissə, 7c sinif şagirdinin təqdimatında ”Ağ çiçəyim” rəqsi  nümayiş olunub.

Tədbir 7c sinif şagirdinin ifasında “Qarabağ şikəstəsi” ilə sona çatıb.

Tədbirdə məktəb kollektivi ilə yanaşı, Azərbaycan Dillər Universiteti Təhsil 2 fakültəsinin nəzdində Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalova və Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi İlhamə İsgəndərova da iştirak ediblər.