“Mavi qızılgül. Məni tikanımla sev” adlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının baş müəllimi Günay Seyidovanın təşəbbüsü ilə "Beynəlxalq Autizm Maarifləndirmə Ayı" çərçivəsində “Mavi qızılgül. Məni tikanımla sev” adlı tədbir keçirilib.
Tədbirdə universitetin Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri çıxış ediblər.
Tədbir 2 hissədən ibarət təşkil olunub: akademik və bədii.
Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova çıxışında autizmin artım tendensiyasına diqqəti yönəldib, korreksiyanın əhəmiyyətini qeyd edib.O, həmçinin, İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə müntəzəm olaraq həyata keçirilən tədbirlər, təcrübə proqramları barədə məlumat verib, beynəlxalq əməkdaşlıq əlaqələr
Tədbirin sonunda ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov və Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev təbdirlə bağlı fikirlər səsləndiriblər.
Tədbirin sonunda tələbələrə təşəkkürnamə verilib.