XƏBƏRLƏR

Tələbələr teleaparıcı Tural Müseyibovla görüşüb

03 may, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin tələbələri ilə tanınmış teleaparıcı Tural Müseyibovun görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı qonağı təqdim edib.

 Teleaparıcım Tural Müseyibov öncə, ADU-nun rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirib, sonra isə jurnalistika və mətbuat sahəsində keçdiyi yoldan, ümmummili lider Heydər Əliyevlə bağlı yadda qalan xatirələrindən söz açıb. Tələbələrə peşəkar jurnalist olmağın yollarından danışan jurnalist, onlara rəhbərlik etdiyi RTV onlayn platformasında təcrübə keçməyi təklif edib.

Görüşdə iştirak edən ADU-nun 2 və 3 saylı tədris korpusları üzrə rektor məsləhətçisi Anar Osmanlı da çıxış edib. O, Heydər Əliyevin mətbuat sahəsində keçirdiyi islahatlardan danışıb.

 Sonda jurnalist tələbələrin  suallarını cavablandırıb.

 

Qeyd edək ki, Tural Müseyibov “news24.az”, “söz.az”, “olay.az” saytlarının baş redaktorudur.