XƏBƏRLƏR

ADU-nun müəllimi Beynəlxalq Elmi Konfransda iştirak edib

03 may, 2024

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müəllimi Fidan Ələsgərova 02-03 may 2024-cü il tarixində Bakı Slavyan Universitetində keçirilən,“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  101 illiyinə həsr olunmuş Azərbaycanşünaslığın  aktual məsələləri: Tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” adlı XV Beynəlxalq Elmi Konfransda iştirak  edib.

Dünyanın nüfuzlu universitetlərindən gələn  professor, müəllim heyətinin də dəvət olunduğu konfransda Fidan Ələsgərova “Multikultural cəmiyyətlər: Azərbaycan modeli” adlı bölmə iclasında “Heydər Əliyevin multikulturalizm siyasəti” adlı məruzə  ilə çıxış edib.

Qeyd edək ki, sözügedən konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub.