XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən “Multikultural dəyərlər” adlı tədbir keçirilib

02 may, 2024

 Azərbaycan Dillər Universitetinin 56 nömrəli tam orta məktəbdə  Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi  Zəhra Qəhrəmanovanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan tələbələr tərəfindən “Multikultural dəyərlər” adlı tədbir keçirilib.

Tədbirdə şagirdlər mədəni dəyərlər, onların zənginliyi, kökləri və töhfələri haqqında ətraflı məlumat veriblər.

Həmçinin, ana dili ilə yanaşı, bir sıra xarici dillərdə şeirlər və mətnlər səsləndirilib, bununla yanaşı, şagirdlər tərəfindən fləşmob və debat təşkil olunub. İngilis dili və onun əhəmiyyətinə dair faydalı məlumatlar da təqdim olunub.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin “Azərbaycan” şeirini səsləndirdiyi videoçarx ilə yekunlaşıb.