XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən "Dünya bizim evimizdir" adlı tədbir keçirilib

02 may, 2024

Azərbaycan Dillər Universitetinin Hədəf STEAM liseyində metodist Mirsadiq Cəfərovun rəhbərliyi ilə pedaqoji təcrübədə olan Xarici dil müəllimliyi (İngilis dili üzrə) ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri- Nigar Nəsibova (419A), Ayşə Dəmirçiyevanın (420B) təşkilatçılığı ilə  "Dünya bizim evimizdir" adlı tədbir keçirilib.

Bildirilib ki, tədbirin məqsədi şagirdlərə ətraf mühiti də evimiz kimi təmiz saxlamağa yönəltmək, dünyanın da bizim bir evimiz olduğunu əks etdirən fikirlər bölüşmək və əyani vasitələrlə ətraflı izah etməkdir.