XƏBƏRLƏR

ADU-nun müəllimi tərəfindən “Süni intelekt dövründə dil və tərcümə tədrisi” adlı onlayn mühazirə keçirilib

02 may, 2024

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin müəllimi Bahar Əliyeva tərəfindən Cənubi Koreyanın Sanqmyonq Universitetinin Koreya dili və mədəniyyəti ixtisası üzrə təhsil alan tələbələri üçün “Süni intelekt dövründə dil və tərcümə tədrisi” adlı onlayn mühazirə keçirilib.

Sanqmyonq Universitetinin təşəbbüsü ilə təşkil olunan bu mühazirədə Azərbaycan Dillər Universiteti də daxil olmaqla, Azərbaycanda Koreya dilinin xarici dil və ixtisas dili olaraq tədrisinin qısa tarixi və hazırki vəziyyəti haqda məlumat verilib, süni intelekt dövründə dil və tərcümə tədrisini əhatə edən bir sıra mövzular barəsində danışılıb.

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda Tərcümə fakültəsinin Koreya dili tərcümə ixtisası üzrə təhsil alan II kurs tələbələrindən 7 nəfər Sanqmyonq Universitetinin təşkil etdiyi dil və mədəniyyət mübadiləsi üzrə onlayn proqramda iştirak edir. 

Onlayn proqram mart ayından başlayaraq iyun ayının sonuna qədər davam edəcək. Proqram çərçivəsində tələbələr əvvəlcədən təyin edilmiş koreyalı tələbələrlə onlayn görüş keçirir və mədəniyyətə dair müxtəlif mövzularda qarşılıqlı təqdimatlar edirlər.