ADU-nun tələbələri tərəfindən bilik yarışması keçirilib
Azərbaycan Dillər Universitetinin Gültəkin Əsgərova adına Məktəb- Lisey Kompleksində pedaqoji təcrübədə olan, Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, metodist Gülxar Hüseynova və Təhsil 1 fakültəsinin nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi, metodist Gülşən Əhmədovanın rəhbərliyi ilə 415-ci qrup tələbələrinin təşkilatçılığı ilə 8-ci siniflər arasında Alman dili fənni üzrə keçirilən "Alman dilli ölkələrin biliciləri" adlı bilik yarışması keçirilib.
Həmçinin, Təhsil-2 fakültəsinin nəzdində Pedaqoqika kafedrasınn baş müəllimi, pedaqoq Təranə Əliyeva və Psixologiya kafedrasının baş müəllimi, psixoloq Heyran Zeynalova da tədbirin təşkilində yaxından istirak ediblər.
Tədbirin məqsədi alman dilli ölkələrin tarixi, mədəniyyəti, ənənələri ilə şagirdləri tanış etmək, bu ölkələri sevdirmək və alman dilinə marağın artrmasını təmin etməkdir.
Yarışın sonunda çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fərqanə Əliyeva tədbirin təşkilatçı tələbələrinə minnətdarlıq edib.
Tədbirin sonunda qalib komandanın iştirakçılarına və digər iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.