XƏBƏRLƏR

Minskdə “Azərbaycan Dillər Universiteti” adlı təqdimat keçirilib

02 may, 2024

Minsk Dövlət Linqvistik Universitetində sözügedən universitetin müəllim kollektivinə “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin əməkdaşı dosent Rəna Rəcəbli tərəfindən Azərbaycan Dillər Universitetinin 75 illiyi münasibəti ilə “Azərbaycan Dillər Universiteti” adlı təqdimat keçirilib.

Təqdimatda dosent Rəna Rəcəbli Azərbaycan Dillər Universiteti haqqında ətraflı məlumat verib.