XƏBƏRLƏR

ADU tələbələrinin təşəbbüsü ilə ekskursiya təşkil olunub

02 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) 177 nömrəli tam orta məktəbdə, Metodist Aygün İbrahimovanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan tələbələrinin təşəbbüsü ilə məktəbin 8c sinif şagirdləri üçün ekskursiya təşkil olunub.

Təhsil-2 fakültəsinin tələbələri- Humay Novruzlu və Lalə Əlizadənin təşəbbüsü ilə sözgedən sinifin şagirdləri Azərbaycan memarlığının incilərindən olan Şirvnaşahlar sarayı, Qız qalası və Miniatür Kitab Muzeyində olublar.

Ekskursiya zamanı məktəblilər tarixi-memarlıq abidələri- Şirvanşahlar sarayının tarixi və "Qız Qalası" ilə yaxından tanış olublar. Miniatür Kitab Muzeyində isə onlar, unikal muzeydə yerləşən müxtəlif dövrlərdə və dünyanın fərqli ölkələrində çap edilmiş kiçik ölçülü miniatür kitablarla tanış olub, miniatür kitablar haqqında maraqlı məlumatlar əldə ediblər.