XƏBƏRLƏR

ADU-da “Təhsil mənim gələcəyimdir” mövzusunda müsabiqə keçiriləcək

02 may, 2024

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Azərbaycan Dillər Universiteti müsabiqə elan edir.

Təhsil 1 və Təhsil 2 fakültələrinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə Pedaqogika kafedrası 2-ci kurs tələbələri arasında Ulu Öndər Heydər Əliyevin təhsil və gənclər siyasəti haqqında fəaliyyətini əks etdirən “Təhsil mənim gələcəyimdir” mövzusunda müsabiqə elan edir.

Qeydiyyat üçün son tarix: 03.05.2024

Qeydiyyat 308-ci otaqda aparılır.

“Təhsil mənim gələcəyimdir” müsabiqəsi 2 mərhələdən ibarətdir;

I mərhələ: 06.05.2024

II mərhələ: 10.05.2024

Müsabiqədə Təhsil 1 və Təhsil 2 fakültələrinin 2-ci kurs tələbələri iştirak edə bilər.

Müsabiqənin ilkin mərhələsi aşağıdakı mövzuları əhatə edir:

- Heydər Əliyev və təhsil siyasəti;

- Təhsil Qanunu;

- Pedaqoji nəzəriyyələr;

- İnklüziv təhsilin pedaqogikası.

Birinci mərhələdə yuxarıda  adı çəkilən mövzular üzrə 25 sualdan ibarət (50 ballıq) test tapşırığı qiymətləndiriləcək;

40-50 bal toplayan tələbə yarışın ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqdır;

 

“Təhsil mənim gələcəyimdir” adlı müsabiqənin ikinci  mərhələsi essenin təqdimatından ibarətdir.

Esselər maksimum 100 balla qiymətləndiriləcəkdir;

Xüsusi komissiya tərəfindən tələbələrin işləri qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcək.

Mükafatlar:

Toplanan ballara əsasən 1 tələbə I, 2 tələbə II, 3 tələbə isə III yerə layiq görüləcəkdir.

Hər bir laureata müvafiq olaraq pul mükafatı təqdim ediləcək;

Xüsusi fərqlənən 6 nəfər tələbə isə sertifikatla təltif olunacaq.

Komissiya üzvləri:

    b/m Abdullayeva Gülnar

    b/m Seyidova Günay

    m.Hüseynova Aygün

    m.Şərifova Aygün