XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri tərəfindən “Qarabağa qayıdış” adlı tədbir keçirilib

02 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) 95 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan Təhsil 1 fakültəsinin tələbələri- Zeynəb Əliyeva,  Nəzrin Lətifova və metodist müəllim, filologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyevanın təşkilatçılığı ilə “Qarabağa qayıdış” adlı tədbir keçirilib.

İngilis və Azərbaycan dillərində təşkil olunmuş tədbirdə məktəbdən kənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı Rahil Hüseynov, Uşaq Birliyi Təşkilatı rəhbəri Günay Rəsulova, ingilis dili müəllimi Müzəyyən Şıxıyeva, sinif rəhbərləri, şagirdlər və digər müəllimlər iştirak ediblər.  Qonaq qismində Vətən müharibəsi qazisi Aslan Rızalı və digər hərbi əməkdaşlar iştirak ediblər.

Tədbir Vətən üçün yaşayan və Vətən üçün şəhadət şərbəti içən, torpağa deyil ürəklərə basdırılan Aprel şəhidlərinə həsr olunub.