XƏBƏRLƏR

Beynəlxalq jurnalistika şöbəsinin tələbələrinin psixoloq Əli Nağıyevlə görüşü olub

01 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, fil.f.d. Aynurə Hüseynovanın təşəbbüsü ilə №1 Psixologiya mərkəzinin həkim-psixoterapet, klinik psixoloq Əli Nağıyevin  jurnalistika ixtisasının  III kurs tələbələri ilə dərs çərçivəsində  görüşü keçirilib.

Görüşdə müasir gənclərin psixoloji problemləri müzkirə olunub, məsələlərin həlli yolları aydınlaşdırılıb.

Sonda həkim-psixoterapet Ə.Nağıyev tələbələri maraqlandıran sualları cavablandırıb.