XƏBƏRLƏR

“Təmiz dünya naminə birlik və həmrəylik” adlı dəyirmi masa keçirilib

01 may, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Magistratura şöbəsi ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” tədbirləri çərçivəsində “Təmiz dünya naminə birlik və həmrəylik” adlı dəyirmi masa keçirilib.

Bildirilib ki, tədbir ətraf mühitə diqqət çəkmək, təmizlik və birlik hissi yaratmaq məqsədi ilə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan rektor məsləhətçisi t.f.,d  Anar Osmanlı, keçirilən tədbirin birlikdə təmiz dünya yaradılmasına dair iradəmizi ifadə etmək, bir-birimizlə fikir mübadiləsi aparmaq və ətrafımızdakı mühiti qorumaq barədə birgə həmrəylik nümayiş etdirmək məqsədilə təşkil olunduğunu vurğulayıb.

Həmçinin, Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri ped.f.,d dos.Günay Şirəliyeva çıxışı zamanı təmiz  dünyanın yaradılması üçün həmrəylik nümayiş etdirməyin çox zəruri olduğunu bildirib.  Təmiz mühitə nail olmaq və onu qorumaq bütün insanlığın ortaq  məqsədi olmasını vacibliyini bildirib.

ADU-nun müəllim heyətindən b/m Hüzurə Ağayeva və b/m Aytən Kazımova çıxışları zamanı təmiz mühitin yaradılması üçün cəmiyyətin birlikdə çalışmasının vacibliyini və bu mövzuda öz fikirlərini tələbələrlə bölüşüblər.

Tədbirin sonunda  Magistratura şöbəsinin müdiri ped.f.,d dos.Firuzə Rzayeva çıxışında keçirilən tədbirlərin təmiz dünya yaratmağa dair iradəmizi, birlikdə çalışmağa olan inancımızı və həmrəyliyimizi nümayiş etdirmək üçün əsaslı  addım olduğunu deyib. Həmçinin, iştirakçıları  təmiz dünya naminə birlik və həmrəylik inanclarını və motivasiyalarını gücləndirməyə çağırıb.