XƏBƏRLƏR

“Our Everyday English class” adlı ingilisdilli müzakirə təşkil olunub

01 may, 2024

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının baş müəllimi Dinara Muxtarovanın təşkilatçılığı ilə 302B və 312A qruplarının tələbələri İsmixan Rəhimov adına auditoriyada “Our Everyday English class” adlı ingilisdilli müzakirədə iştirak ediblər. İnteraktiv təlim metodlarına əsaslanan görüşdə Linqvokulturologiya kafedrasının müdiri dos.Vüsalə Ağabəyli və kafedranın müəllimləri iştirak edib. 

Görüş zamanı tələbələr semestr ərzində keçirilmiş mövzuları dialoq, rollu-oyun şəklində tədbirdə iştirak edən qonaqlara təqdim etdiriblər. Qeyd etmək lazımdır ki, açıq dərs müddətində qonaqlar və tələbələr interaktiv şəkildə müzakirədə iştirak etmiş, müəyyən ingilisdilli psixoloji testlərdən keçib. Həmçinin tələbələrin semestr ərzində apardıqları müşahidələrə əsasən prezentasiya və videoçarxlar da təqdim edilib. 

Tədbirin sonunda Linqvokulturologiya kafedrasının müdiri dos.Vüsalə Ağabəyli baş müəllim Dinara Muxtarovaya və tələbələrə müzakirələrlə bağlı fikirlərini bildirib, onlara uğurlar arzulayıb.