XƏBƏRLƏR

ADU-nun müəllimləri “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”nda iştirak ediblər

01 may, 2024

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müəllimləri – t.ü.f.d., dos. Nigar Əsgərova və b/m. Şəfa Əbdürrəhimova Bakı Mühəndislik Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”nda iştirak ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti və Dövlət Gömrük komitəsinin Akademiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransa ali məktəblərin professor-müəllim heyəti, gənc tədqiqatçıları, doktorantları, dissertant və magistrantları elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün işirak ediblər.

T.ü.f.d., dos. Nigar Əsgərova konfransın “Dövlət və bələdiyyə idarəetməsi bölməsi”ndə “ABŞ xarici siyasət məktəbində Cefferson idea və prinsipləri” adlı məruzə ilə çıxış edib.

Konfransın “Tarix və sosiologiya bölməsi”ndə “Fransa qədimdə” adlı məruzə ilə çıxış edən b/m Şəfa Əbdürrəhimova Fransanın qədim dövr tarixindən, keltlərin gəlişi, qalların istilalarından, Roma istilası və Yuli Sezarın qələbələrindən, germanların basqınlarından bəhs edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.