XƏBƏRLƏR

“BURA VƏTƏNDİR” adlı viktorina keçiriləcək

01 may, 2024

Azərbaycan Dillər Universiteti Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə ”Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan “BURA VƏTƏNDİR” adlı viktorina keçililəcək.

Viktorina sualları Azərbaycanın tarixi, coğrafiyası, incəsənəti və ədəbiyyatını əhatə edir. İştirakçılar sertifikat, qalib komanda uzvləri isə mükafatla təltif olunacaqlar.

Viktorinanın keçirilmə tarixi: 06.05.2024. Saat 11:00.