XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən "Xarici dilin gündəlik həyatımızda önəmi" adlı tədbir keçirilib

30 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində pedaqoji təcrübə keçən, İngilis dili müəllimliyi ixtisası üzrə təhsil olan tələbələri tərəfindən  "Xarici dilin gündəlik həyatımızda önəmi" adlı tədbir keçirilib.

Tədbirdə Təhsil Kompleksinin 6b sinif şagirdləri və fənn müəllimləri iştirak ediblər.

Metodist Akif Qasımovun rəhbərliyi ilə təcrübədə olan tələbələr- Qönçə Həsənova, Vüsalə Abdıyeva şagirdlərə xarici dilin gündəlik həyatımızda önəmi haqqında danışıblar.