XƏBƏRLƏR

ADU-da “Mübariz”filminin təqdimatı keçirilib

30 aprel, 2024

Azərbaycan Dillər Universitetində Azərbaycanın milli qəhrəmanı Mübariz Qurbanova həsr olunmuş tammetrajlı “Mübariz” bədii filminin təqdimatı keçirilib.

Tədbirdə universitetin əməkdaşları və tələbələr iştirak ediblər.

AZTV və Nicat Mənalının ssenarisi və baş pradüsserliyi (Munis Praduction şirkəti) ilə ərsəyə gətirilmiş filmin quruluşçu rejissoru Natiq Novruzov, Mübariz İbrahimovu canlandıran baş rol ifaçısı isə Xalq artisti Şamil Süleymanova həvalə olunub.

Tədbiri giriş sözü ilə universitetin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev açıb.

Munis Prodicton-un nümayəndəsi Emin Yaqubzadə filmin hazırlanması prosesindən danışıb. O, çəklişlərin qəhrəmanın doğulduğu doğma Biləsuvar rayonunda və ata evində, döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə aparıldığını qeyd edib.

Tədbir filmin nümayişi ilə davam edib.

Qeyd edək ki, filmdə  milli qəhrəmanın uşaqlıq dövründən tutmuş sonuncu döyüşünü əhatə edən hadisələrdən bəhs olunur.