XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən “The English Language Day” gününə həsr olunmuş tədbir keçirilib

30 aprel, 2024

 Azərbaycan Dillər Universitetinin 20 nömrəli məktəb-liseydə təcrübə keçən  421b qrup tələbələri- Aliyə Abbasova, Rəqsanə Hacıyeva,  Gülay Ağarzayeva, Məryəm Musayeva, Nərmin Həsənhüseynzadə, Məleykə Əhmədova, Nəzrin Nəzirli tərəfindən  “The English Language Day” gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə fənn müəllimləri ilə bərabər məktəbin direktoru, dərs hissə müdiri və ADU-nun Filologiya fakültəsi nəzdində Xarici Dillərin tədrisi metodikası kafedrasının metodisti Çingiz Qaraşarlı iştirak ediblər.

Pedaqoji təcrübədə iştirak edən tələbələrdən hər birinə aid şagird qrupları İngilis dili gününə həsr etdikləri şeir söyləyib, mövzu ilə bağlı çıxış ediblər.

Tədbridə həmçinin, “King Lear”adlı tamaşa nümayiş olunub.