XƏBƏRLƏR

Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə ADU-da təlim keçirilib

30 aprel, 2024

Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü və Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə “NEEDS - Need Equality and End of Diversity at School” adlı təlim keçirilib. 

Təlim Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova tərəfindən tələbələrə interaktiv şəkildə  keçirilib.

Təlimdə Təhsil I və Təhsil II fakültəsinin üçüncü kurs tələbələri iştirak ediblər.