XƏBƏRLƏR

ADU-nun tələbələri Laçın və Cəbrayılda təcrübə keçirlər

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin tələbələri qayıdışın başlanğıcı olan Cəbrayıl rayonu Cocuq-Mərcanlı kənd məktəbinə və 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş Laçın rayonu Zabux kənd tam orta məktəbinə pedaqoji təcrübə keçmək üçün yola düşüblər.

Təhsil-1 və Təhsil-2 fakültəsinin tələbələri Gülşən Babayeva, Gülnar Hüseynova, Pəri Kazımova və Rəqsanə İsmayılova 1 ay müddətində pedaqoji təcrübələrini adıçəkilən məktəblərdə keçəcəklər.

Qeyd edək ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu layihə hər 2 məktəb və rayon üçün bir ilkdir.

Universitetin Müəllim Həmkarlar Təşkilatının sədri, dosent Misgər Məmmədov, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov da məktəblərə səfər ediblər. Onlar məktəb rəhbərliyi və şagirdlərlə görüşüblər.