XƏBƏRLƏR

“Hər şey beyində başlar” adlı psixoloji maarifləndirmə tədbiri keçirilib

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin nəzdində Psixologiya kafedrasının təşkilatçılığı ilə Magistratura şöbəsinin 2-ci kurs 246-cı qrup, Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə pedaqoji  təcrübə keçən tələbələri tərəfindən “Psixi sağlamlıq” mövzusunda “Hər şey beyində başlar” adlı tədbir keçirilib.

Tədbirdə Təhsil 2 fakültəsinin dekanı S.Nuriyev, Psixologiya kafedrasının müdiri C. Alıyev, kafedranın dosenti A.Quliyev və digər əməkdaşları və tələbələr iştirak ediblər.
Psixologiya kafedrasının müdiri C.Alıyev problemin ümumi məqsədi barədə məlumat verərək, psixi sağlamlığın insan həyatında rolunu vurğulayıb, xüsusən də, bu mövzuda  gənclərin marifləndirilməsinin əhəmiyyətindən söz açıb.