XƏBƏRLƏR

ADU-nun müəllimi Dafna Şaron-Maksimovla görüşüb

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin ADU-nun Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova İsraildən dəvət olunmuş mütəxəssis terapevt Dafna Şaron-Maksimovla görüşüb.

Dafna Şaron-Maksimov uşaqların mental sağlamlığının qorunmasında İsrail təcrübəsi barədə məlumat verib, xüsusi tipli müəssisələrin strukturundan danışıb, həmçinin, müharibə şəraitində böyüyən uşaqların aldıqları travmaların aradan qaldırılması istiqamətində hazırladığı və beynəlxalq müstəvidə uğurla tətbiq olunan "Hibuki terapiya"sını təqdim edib, praktik nümunələr göstərib.

Pedaqogika kafedrasının müəllimi müharibə şəraitində xeyli sayda azərbaycanlının, o cümlədən, azyaşlıların psixoloji travma almasından bəhs edib, problemin çözülməsində atılan addımlar barədə məlumat verib. Praktik hissədə isə "Hibuki terapiya"sı ilə tanışlıq olub.

Qeyd edək ki, xarici mütəxəssislərin iştirakı ilə görüşlərin keçirilməsi artıq ənənəyə çevrilib.