Beynəlxalq jurnalistika şöbəsində birgə müzakirə keçirilib
Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı və Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, fil.f.d. Aynurə Hüseynova tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik illərində ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının təhlili ilə bağlı birgə müzakirə keçirilib. Müzakirənin əvvəlində N. Çərkəzqızı Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı böyük rolu və kitabın gələcək araşdırmalar üçün gərəkli əhəmiyyətindən bəhs edib.
A.Hüseynova slayd – təqdimat göstərərək “Müstəqillik illərində ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabında yer alan mətbuat nümunələrini təhlil edib şərhlər vermiş, kitabın elmi jurnalistika üçün dəyərli mənbə olduğunu diqqətə çatdırıb.
Sonda tələbələrin kitab haqqında sualları cavablandırılıb.
Layihə rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdullaya və kitabın digər müəlliflərinə təşəkkür ediblər.