ADU-nun dosentinin “Sözün sirdaşı” adlı kitabı çap olunub
25 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının dosenti Oqtay Abbasın poeziyada öz dəst-xətti ilə seçilən tanınmış şair, publisist Ağacəfər Həsənlinin zəngin yaradıcılığına həsr olunmuş “Sözün sirdaşı” adlı kitabı çap olunub.
Kitabda şairin keçdiyi həyat yolundan bəzi məqamlar oxuculara çatdırılır, şeirlərinin, poemalarının, çoxsaylı publisistikasının özünəməxsus səciyyəvi cəhətləri şərhini tapır. Müəlliflə Ağacəfərin uzun illərin sınaqlarından çıxmış dostluq münasibətləri ilə bağlı kövrək xatirələr, Ağacəfərin bir insan kimi bəzi fərdi xüsusiyyətləri, zəngin xatirələrdən yaranmış təəssüratların bir qismi kitabda yer alıb.
Qeyd edək ki, müəllif kitabı A.Həsənlinin 70 illiyinə həsr edib.