XƏBƏRLƏR

"HEYDƏR ƏLİYEV VƏ HÜQUQİ DÖVLƏT" mövzusunda olimpiada keçirilib

22 aprel, 2024

Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlərinin qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar olaraq, "HEYDƏR ƏLİYEV  VƏ HÜQUQİ DÖVLƏT" mövzusunda olimpiada keçirilib.
AR Konstitusiya məhkəməsi nümayəndələrini giriş nitqi ilə salamlayan ADU-nun Tədris məsələləri üzrə prorektoru dosent Kifayət Hacıyeva bu cür intellektual yarışların, olimpiadaların əməkdaşlıq çərçivəsində həyata keçirilməsindən məmnun olduğunu bildirib.
AR Konstitusiya məhkəməsinin Cinayət və İnzibati hüquq şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Dürdanə Məmmədova olimpiadanın keçirilməsinin önəmini vurğulayaraq, AR Konstitusiyası maddələri və Heydər Əliyevin həyat və yaradıcılığını əhatə edən test tapşırıqlarından ibarət suallar toplusu hazırlandığını qeyd edib.
Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli Konstitusiya məhkəməsi tərəfindən verilən təlimatların fakültələrə və tələbələrə yönəldildiyini və bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin tələbələrin maariflənməsində önəmli rolu olduğunu vurğulayıb.
Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov olimpiada ilə bağlı tələblərə müvafiq məlumatların izah olunduğunu və bu yarışların sonunda mükafatlandırılmanın onlar üçün stimul yaratdığını bildirib.