XƏBƏRLƏR

Nigar Eynullayeva jurnalistika ixtisasının tələbələri ilə görüşüb

22 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Günel Qəribovanın təşəbbüsü ilə İctimai televiziyada Müəlliflər və aparıcılar mərkəzinin redaktoru Nigar Eynullayevanın jurnalistika ixtisasının III kurs tələbələri ilə görüşü keçirilib.

Qonaq  "Tv müsahibələrinin hazırlanmasında mühüm məqamlar" mövzusunda tələbələrlə öz təcrübəsini bölüşüb. Həmçinin, televiziya işinin çətinlikləri və üstünlükləri müzakirə olunub. Nigar Eynullayeva ADU-nun Beynəlxalq jurnalistika şöbəsində təhsil aldığını vurğulayıb və bu fakültənin qazandırdığı uğurlardan bəhs edib.

Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb. Mövzu ilə bağlı Nigar Eynullayeva tələbələrin suallarını cavablandırıb.

Sonda Nigar Eynullayeva tələbələr üçün İctimai televiziyada təcrübə keçmək üçün şərait yaradılacağını bildirib.