XƏBƏRLƏR

“Fransız dilinin tədrisində dil və ədəbiyyatın vəhdəti” mövzusunda ustad dərs keçirilib

19 aprel, 2024

 Azərbaycan Dillər Universitetində (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə professor Əsgər Zeynalov tərəfindən “Fransız dilinin tədrisində dil və ədəbiyyatın vəhdəti” mövzusunda ustad dərs keçirilib. 

Giriş sözü ilə açan Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva professor Əsgər Zeynalovun haqqında, onun tədqiqatlarını, təcrübəsini və yaradıcılığını özündə əks etdirən çox maraqlı bir film çəkildiyini bildirib.

Öncə Əsgər Zeynalov haqqında çəkilən filmdən qısa fraqment nümayiş olunub, sonra isə tələbələrin suaları professor tərəfindən cavablandırılıb.

Daha sonra dərs müzakirələrlə davam edib. Azərbaycan Dillər Universitetinin müəllim heyəti  prof. Əsgər Zeynalovun rəhbərliyi ilə  Viktor Hüqo yaradıcılığının müxtəlif aspektlərini müzakirə ediblər. Bu müzakirə zamanı, Viktor Hüqonun əsərlərinin dil və üslub üzərindəki təsiri, onun tarixi və mədəni mühiti, ədəbi fikirlərinin universal dəyərləri və müasir dünya ədəbiyyatına olan əhatəsi diqqətə alınıb. Həmçinin, müəllim və professor heyəti Əsgər Zeynalovun Viktor Hüqonun əsərlərinin möhkəm tədqiq edilmiş və zəngin dil və üsluba malik olduğu,  Viktor Hüqonun sosial və siyasi məsələləri əhatə edən əsərlərinin aktuallığını və onların müasir dünyaya olan təsirləri də qeyd edilib.

Bildirilib ki, professor Əsgər Zeynalovun iştirakı ilə keçirilən bu tədbir tələbələrin Fransız dilinin tədrisi sahəsində daha da inkişaf etməsinə və bu sahədə daha yüksək səviyyədə bilik və bacarıqlar əldə etməsinə kömək edəcək.