XƏBƏRLƏR

“Amerika cəmiyyətinin müasir problemləri” adlı dəyirmi masa keçirilib

17 aprel, 2024

Azərbaycan Dillər Universitetində (ADU)  Regionşünaslıq kafedrası və Magistratura şöbəsinin təşkilatçılığı ilə “Amerika cəmiyyətinin müasir problemləri” adlı  ingilis dilində dəyirmi masa keçirilib.

 Dəyirmi masada Regionşünaslıq və Beynəlxalq münasibətlər kafedrasının müəllimləri və  Beynəlxalq Münasibətlər ixtisasında ingilis dilində təhsil alan I- 194  və II- 290  kurs tələbələri, Amerikaşünaslıq ixtisası üzrə ingilis dilində təhsil alan I- 171  kurs tələbələri və Regionşünaslıq kafedrasında pedaqoji və elmi tədqiqat təcrübəsi keçən magistrantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva bildirib ki, 2024cü ilin əvvəlindən başlayaraq kafedra  fakültədə tədris dillərində tədbirlər keçirilməsini qərara almışdır. Hər ay bir rus bir ingilis dilində tədbir keçirilməsinin planlamışıq.

Tədbirdə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli çıxışında tələbələrin dil bacarıqlarının inkişafı üçün tez-tez təhsil dillərində ünsiyyət saxlaya biləcəkləri tədbirlərin keçirilməsi son dərəcə əhəmiyyətli olduğunu bildirib.

ADU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru prof. Jalə Qəribova Amerika cəmiyyətindəki problemlərin şərhində öz təcrübəsini bölüşüb və tələbələri diskussiyalarda daha da fəal olmağa çağırıb.

Daha sonra  t.ü.f.d, b/m Vüsalə Əfəndiyeva “ABŞ təhsil sistemi”,b/m Hökümə Abbasova  “ABŞ-da irqçilik: tarixi və bugünü”, b/m  Sevinc Qurbanova “ABŞ-da qeyri-qanuni miqrasiya”, ADU-nun magistrantı Cavidan Muradov “ABŞ-da təhlükəsizlik problemi : silah və narkotik vasitələr” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra mövzular ətrafında müzakirələr olub,  tələbələrin sualları cavablandırılıb.

 Tədbirdə çıxışlar  əyani təqdimatlar və  videoçarxlarla müşayiət olunub.