XƏBƏRLƏR

ADU- nun tələbələri "Almaniyanın muzeyi landşaftı"adlı təhsil sərgisini ziyarət ediblər

15 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Gülxar Hüseynovanın  təşkilatcılığı ilə Bakı şəhəri Nərimanov rayonu Gültəkin Əsgərova adına Məktəb- Lisey kompleksində pedaqoji təcrübədə olan Təhsil – 1 fakültəsinin tələbələri- Səriyyə Həşimi, Sabina Məmmədova  ilə Kapellhausa “Almaniyanın muzey landşaftı” adlı təhsil sərgisini ziyarət ediblər.

Bildirilib ki, “Almaniyanın muzey landşaftı" poster sərgisi müxtəlif muzey janrlarını və mövzu sahələrini təmsil edən 13 bölmədən (lövhələr) ibarət olub. Bunlar Berlin Dövlət Muzeylərinin Muzey Təhqiqatları İnstitutunun təsnifatına əsaslanır və muzey ekspertləri ilə məsləhətləşmələr əsasında bu sərgi layihəsi üçün dəyişdirilib. Sərgidə bütün 16 federal torpaqlardan 68 muzey təqdim olunub. Təqdim olunan sərqidə  aktual sosial problemlər, mövzular ünsiyyətə dəvət edir və mübadilərə töhfə verir. Bu mövzular, həmçinin alman dili dərslərində istifadə oluna bilər.