XƏBƏRLƏR

“Həsən bəy Zərdabi yaradıcılığı işığında Azərbaycan maarifçiliyi” adlı dəyirmi masa keçirilib

15 aprel, 2024

  Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi, Doktorantura şöbəsi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Rəhman Bədəlovun təqdimatında, “Həsən bəy Zərdabi yaradıcılığı işığında Azərbaycan maarifçiliyi” adlı dəyirmi masa keçirilib.

 Dəyirmi masada açılış nitqi ilə çıxış edən “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi fil.ü.f.d. dos. Ülviyyə Rəhimova Rəhman Bədəlov və onun “Zərdablı adam” tədqiqat əsərinin faydasını diqqətə çatdırıb. Azərbaycan maarifçiliyinin formalaşmasında Həsən bəy Zərdabinin müstəsna rolunu vurğulayıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Rəhman Bədəlov “Həsən bəy Zərdabi: Həyatın özü və həyatın ölçüsü”Azərbaycanda marrifçiliyin yaranması, inkişafı  mövzusunda çıxış edib. Azərbaycan maarifçilik kontekstində Həsən bəy Zərdabinin yaradıcılığını təhlilə cəlb edib, bir sıra yeni məlumatları müzakirə obyektinə çevirib.

Dəyirmi masada fəal iştirak edən filologiya fakültəsinin tələbələri maarifçiliklə bağlı bir çox yeni məlumatlar əldə ediblər.

Tədbir müzakirələrlə davam edib.