XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti ölkə üzrə ən yaxşı nəticə əldə edərək yenidən QS reytinq cədvəlində

15 aprel, 2024

QS 2024 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2024) açıqlanıb. Reytinqdə 104 məkandan 1559 ali təhsil müəssisəsi iştirak edib. Onlardan 64 ali təhsil müəssisəsinin iştirakı ilk dəfə qeydə alınıb.

Bu il reytinqin qiymətləndirmə metodologiyasında 3 əsas indikator nəzərə alınıb: davamlılıq, məşğulluq nəticələri və beynəlxalq tədqiqat şəbəkəsi.

Bura eyni zamanda akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq da daxildir.

Azərbaycan Dillər Universiteti ölkə üzrə ən yaxşı nəticə əldə edərək “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.

Reytinqin tərtibi 17,5 milyon elmi məqalənin təhlili və 240 mindən çox təhsil işçisi və işəgötürənin ekspert rəyinə əsaslanır.