XƏBƏRLƏR

"Aprel döyüşləri böyük zəfərin başlanğıcı" mövzusunda tədqimat keçirilib

06 aprel, 2024

Azərbaycan Dillər universitetinin Nizami rayon 214 saylı tam orta məktəbində pedaqoji təcrübədə olan IV kurs tələbələri Təhsil -1 fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Aliyə Ağamirzəyevanın rəhbərliyi ilə "Aprel döyüşləri böyük zəfərin başlanğıcı" mövzusunda tədqimat keçirilib.

Təqdimat Təhsil -1 fakültəsinin tələbəsi 407B qrup tələbəsi Fəridə Xudayarovanın çıxışı ilə başlayıb.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Təqdimat zamanı Aprel döyüşləri haqqında çıxışlar olunub. Məktəbin 4A sinfinin şagidləri tərəfindən "Bu gözəl vətən bizimdir" adlı mahnı edilib.

 Tələbələr- Nuridə Kərimli, Tamam Məmmədova (407B), Nursel Əliyeva (409B) tərəfindən Aprel döyüşləri zamanı şəhid olan Vaqif Bayramov, Emin Bağırov, Rasim Məmmədovun müharibədə göstərdikləri şücaətlər haqqında çıxışlar olub.

407A qrupundan tələbələri- RəvanəMustafayeva, Pərvanə Hüseynova, Qaraqız

Cəvahir "Aprel döyüşləri", 7 c və 7b sinf şagirdləri tərəfindən "Əsgərim" haqqında yazılan şeirləri səsləndirilib. 4 A sinf şagirdləri "Qarabağ" mahnısını oxuyublar.

Sonra isə Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş olunub. 

Məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Arzu Alışqızı Alış tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib, həmçinin, Aprel döyüşləri haqqında fikirlərini bölüşüb. 

Tədbir Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aliyə Ağamirzəyevanın çıxışı ilə yekunlaşıb.