XƏBƏRLƏR

Teleaparıcı Saleh Bağırovun ADU-nun tələbələri ilə görüşü keçirilib

06 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin və TGT- nin nəzdində fəaliyyət göstərən "Jurnalistika" Departamentinin təşkilatçılığı ilə universitetin tələbələrinin teleaparıcı Saleh Bağırovla görüşü keçirilib.
Görüşdə Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı qonağı təqdim edib. Görüş zamanı aparıcı həyat yolundan, təhsilindən, jurnalistika sahəsində keçdiyi yoldan söz açıb və tələbələrin suallarını cavablandırıb. Eyni zamanda televiziyalarda nitq mədəniyyətinə, tələffüz qaydalarına necə əməl olunmasından danışıb.
Tədbirin sonunda aparıcı universitetin rəhbərliyinə dərin təşəkkürünü bildirib və görüşlə bağlı xoş təəssüratlarını bildirib.