Texniki təhlükəsizliklə bağlı müvafiq tapşırıqlar verilib
Azərbaycan Dillər Universitetinin Binəqədi rayonunda yerləşən yataqxanasında baş verən yanğın hadisəsi ilə bağlı universitetdə əlaqədar qurumların rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
İclasda bir daha bu cür hadisələrin baş verməməsi, belə halların qarşısının alınması, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı universitetin rektoru akademik Kamal Abdulla tərəfindən müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, yataqxana tamamilə məcburi köçkünlərin ixtiyarındadır, tələbə yaşamır, universitetin nəzarətində deyil.
Yanğın hadisəsi qısaqapanma nəticəsində baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.