XƏBƏRLƏR

ADU-nun Rusiyaşünaslıq mərkəzinin əməkdaşları Sankt-Peterburqun qubernatoru ilə görüşüb

06 aprel, 2024

Aprelin 2-də Bakıda Rus Evində Sankt-Peterburqun qubernatoru Aleksey Beqlov ilə görüş təşkil olunub.

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Aleksandr Beqlov  "Leninqradın müdafiəsinə görə" medalını tez-tez yadıma salın fotosərgisinin açılış mərasimində iştirak edib.
Sərgi Leninqradın faşist blokadasından tam azad edilməsi mövzusuna həsr olunub.

Bildirilib ki, sərgi Olqa Berqoltsun "Mənim Medalım" adlı ölməz şeirinin misrası ilə adlandırılıb.

Tədbirin fəxri qonaqları arasında veteranlar və mühasirədə yaşayanlar, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının nümayəndələri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və rusiyalı həmvətənlər də olub. Həmçinin, Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq mərkəzinin əməkdaşları- Diana Hüseynzadə, Naibova Tamilla, bakalavr və magistr tələbələri də görüşdə iştirak ediblər.
Açılışı Peterburq qubernatoru Aleksandr Beqlov salamlama nitqi ilə açıb. Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov qubernatorun təmsil etdiyi Sankt-Peterburq hökumətinə Rus Evində tədbirin təşkilinə görə minnətdarlığını bildirib, veteranlara və mühasirədən sağ çıxanlara Böyük Qələbəyə verdikləri töhfəyə görə təşəkkür edib.

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Təşkilatının sədri Fatma Səttarovanın minnətdarlığını bildirib və öz növbəsində Sankt-Peterburq qubernatoru Aleksandr Beqlova iki dəfə Sovet İttifaqı Qəhrəmanı "General Həzi Aslanov" yubiley medalı təqdim edib.